» » » Ansi Aqolli: "Bizi ağır oyun gözləyir"

Ansi Aqolli: "Bizi ağır oyun gözləyir"

Ansi Aqolli: "Bizi ağır oyun gözləyir"
Yunanıstan, Saloniki. 2 noyabr. "Bizi ağır oyun gözləyir. PAOK güclü komandadır. Sabah yaxşı mühit olacaq və bütün futbolçular bunu istəyər".

ucarliyiq.biz-in məlumatına görə, bunu "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la keçiriləcək görüş haqda danışarkən deyib.

Təcrübəli müdafiəçi bunları bildirib:

"Maksim də, mən və digər futbolçular da komandaya kömək etməyə çalışacağıq. Xüsusi bir tapşırıq yoxdur. Meydanda baş məşqçinin tələblərini yerinə yetirəcəyik".

scroll top