» » » Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini müsbət cavablandırıb

Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini müsbət cavablandırıb

Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini müsbət cavablandırıb
Bakı Metropoliteni "Qəbələ" İdman Klubunun müraciətini cavablandırıb. ucarliyiq.biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qurum bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişinə müsbət reaksiya verib.

Klub bununla əlaqədar Bakı Metropoliteninə təşəkkürünü bildirib.

Qeyd edək ki, müraciət "Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandası ilə saat 22:00-da start götürəcək görüşünün gec başa çatacağı ilə əlaqədar ünvanlanıb.

scroll top