» » » Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"
"Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək".

ucarliyiq.biz-in məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: "Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var".

S.Devisin fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər: "Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq".

Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

scroll top