» » » Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verilib

Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verilib

Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verilib
Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verib. ucarliyiq.biz-in "France Presse" agentliyinə istinadən məlumatına görə, irlandiyalı bundan ötrü 435 min avro girov qoymalıdır.

71 yaşlı funksioner 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həbs olunub. Ona qarşı "Rio-2016" biletlərinin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ötən ay Hikkinin ürək əməliyyatına ehtiyac duyduğu müəyyənləşib. Məhkəmənin ona Braziliyanı tərk etmə icazəsi verməsi də məhz bununla əlaqədar olub.

scroll top