» » » "Fənərbağça" - "Qalatasaray" derbisinin hakimləri açıqlanıb

"Fənərbağça" - "Qalatasaray" derbisinin hakimləri açıqlanıb

"Fənərbağça" - "Qalatasaray" derbisinin hakimləri açıqlanıb
Futbol üzrə Türkiyə Super Liqasının XI turunda "Fənərbağça" və "Qalatasaray" arasında keçiriləcək matçın hakimləri açıqlanıb.

ucarliyiq.biz-in məlumatına görə, oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Ona Bahattin Duran və Tarık Onqun kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Halis Özkahya olacaq. Bu, C.Çakırın "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək derbiyə 10-cu təyinatı olacaq. Amma o, cari mövsümdə ilk dəfə derbi idarə edəcək.

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

scroll top