» » » Mahir Şükürov: "Qalan oyunlarında "Neftçi" maksimum xal toplamağa çalışacaq"

Mahir Şükürov: "Qalan oyunlarında "Neftçi" maksimum xal toplamağa çalışacaq"

Mahir Şükürov: "Qalan oyunlarında "Neftçi" maksimum xal toplamağa çalışacaq"
"Biz "İnter"lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik. "Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu dəfə isə azarkeşlərimizi sevindirmək isəyirik". ucarliyiq.biz-in məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mahir Şükürov Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"la səfər oyunu barədə danışarkən, klubun rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı müdafiəçi azarkeşləri komandanı dəstəkləməyə çağırıb: "Səfər oyunu olmasına baxmayaraq inanıram ki, azarkeşlər bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq".

Qeyd edək ki, noyabrın 20-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt” - "Neftçi” oyunu saat 14:00-da başlanacaq.

scroll top