» » » "Qəbələ"nin Avropa Liqasındakı rəqibi Bakıya itki ilə gələcək

"Qəbələ"nin Avropa Liqasındakı rəqibi Bakıya itki ilə gələcək

"Qəbələ"nin Avropa Liqasındakı rəqibi Bakıya itki ilə gələcək
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V turunda "Qəbələ"nin qonağı olacaq Belçika "Anderlext"i Bakıya itki ilə gələcək. ucarliyiq.biz-in Brüssel klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın rumıniyalı futbolçusu Aleksandru Çipçiu zədələnib.

O, ölkə çempionatının XV turunda "Zulte Varegem"ə 2:3 hesabı ilə uduzduqları oyunun ilk hissəsinin sonlarında xəsarət alıb və fasilədə əvəzlənib.

Tibbi müayinədən sonra 27 yaşlı hücumçunun yaşıl meydanlardan 3 həftəyədək kənarda qalacağı məlum olub. Bu halda Çipçiu Avropa Liqasının qrup mərhələsinin son turunda Fransa "Sent-Etyen"i ilə baş tutacaq görüşdə də forma geyinməyəcək. Üstəlik, onun ölkə çempionatında da ən azı 3 tur buraxacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Anderlext" oyunu saat 20:00-da başlayacaq.

scroll top