» » » "Neftçi"nin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb

"Neftçi"nin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb

"Neftçi"nin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb
"Neftçi" klubunun futbolçusu Jonas Pessalli 2 həftəyədək sıradan çıxıb.

ucarliyiq.biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XII tur matçında sağ pəncəsindən zədələnib.

O, Premyer Liqada "Kəpəz"lə səfər, ölkə kubokunda "Şərurspor"la 1/8 final mərhələsinin oyununu buraxacaq.

Ağır zədədən sonra müalicəsini davam etdirən yarımmüdafiəçi Elşən Abdullayev isə noyabrın 24-də fərdi məşqlərə başlayacaq. Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ dəqiqləşməyib.

scroll top