» » » Azərbaycanın 4 güləşçisi "Qızıl Qran Pri"nin finalına vəsiqə qazanıb

Azərbaycanın 4 güləşçisi "Qızıl Qran Pri"nin finalına vəsiqə qazanıb

Azərbaycanın 4 güləşçisi "Qızıl Qran Pri"nin finalına vəsiqə qazanıb
Azərbaycanın 4 sərbəst güləşçisi Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Beynəlxalq "Qızı Qran Pri" turnirinin final mərhələsində qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. ucarliyiq.biz-in məlumatına görə, Giorgi Edişeraşvili 57 kq çəki dərəcəsində rusiyalı idmançı Nəriman İsrapilovla üz-üzə gələcək.

61 kq-da Əhmədnəbi Qvarzatilov kubalı Yovlis Bonn Rodrigeslə, 70 kq-da Qitinomaqomed Qadziyev rusiyalı İsrail Kasumov, 74 kq-da Cəbrayıl Həsənov isə gürcüstanlı Avtandil Kentçadze ilə qarşılaşacaq.

Eyni sayda güləşçi isə bürünc medal qazanmağa çalışacaq. İki azərbaycanlı idmançı bir-biri ilə mübarizə aparacaq. 65 kq çəkidə Coşqun Əzimov və Ağahüseyn Mustafayev bürünc medal uğrunda yarışacaq. Murad Süleymanov 74 kq-da rusiyalı Zaur Makiyevlə, Aleksandr Taymurazoviç Qostiyev iranlı Moytaba Mohammadşafiye ilə, 97 kq-da isə Aslanbek Alborov ABŞ güləşçisi Dustin Lii Kilqoru ilə üz-üzə gələcək.

Final görüşləri saat 17:00-da başlayacaq.

scroll top