» » » Premyer Liqa: "Neftçi" XIII turda 10-cu dəfə məğlub olub

Premyer Liqa: "Neftçi" XIII turda 10-cu dəfə məğlub olub

Premyer Liqa: "Neftçi" XIII turda 10-cu dəfə məğlub olub
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

ucarliyiq.biz-in məlumatına görə, açılış oyunu Gəncədə "Kəpəz"lə "Neftçi" arasında baş tutub.

Bu görüşdə qonaq komandanın baş məşqçisi Elxan Abdullayev X turda "Qəbələ"yə 1:4 hesablı məğlubiyyətlə bitən matçdan sonra əvəzedici heyətə göndərdiyi Jayro Rodrigesi bağışlayıb və ona start heyətində yer verib. Amma bu addım da "ağ-qaralar"ı uğursuzluq zolağından çıxara bilməyib. Orxan Əliyev 27-ci, Julien Ebah isə 49-cu dəqiqədə fərqlənərək, "Kəpəz"in 2:0 hesablı qələbəsini təmin edib.

Bununla da Şahin Diniyevin baş məşqçisi olduğu komanda xallarını 15-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. "Neftçi" isə 10-cu məğlubiyyəti ilə üzləşib və 9 xalla 7-ci pillədə qalıb.

scroll top