» » » Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib

Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib

Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib.

ucarliyiq.biz-in məlumatına görə, xorvatiyalı mütəxəssis meydan sahiblərinin minimal hesabla qalib gələcəklərini bildirib.

"Obyektiv olsaq, "Qarabağ" daha yüksək keyfiyyətli yerli oyunçulara malikdir. Bu komandanın qalib gələcəyini əvvəlcədən deyə bilərəm. Hesab? Qoy, 1:0 olsun" deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, "Azərsun Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.

scroll top