» » » Saleh Məmmədov: "Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır"

Saleh Məmmədov: "Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır"

Saleh Məmmədov: "Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır"
"Gənclik illərindən daim idmana çox böyük həvəs göstərmişəm. Sevinirəm ki, "Azəryol" voleybol klubunun prezidenti olduğum dövrdə komandanın uğurunda mənim də payım olub".

ucarliyiq.biz-in məlumatına görə, bunu Azərbaycan Həndbol Federasiyasının (AHF) yeni prezidenti Saleh Məmmədov deyib. O, sovet dövründə futbolçu olduğunu da xatırladıb. S.Məmmədov bildirib ki, yeni vəzifədə məqsədi həndbol ənənələrini Azərbaycana qaytarmaqdan ibarətdir: "Prezident İlham Əliyevə mənə göstərdiyi etimada görə təşəkkür edirəm".

Qeyd edək ki, Saleh Məmmədov bu gün Milli Olimpiya Komitəsində keçirilən AHF-in Konfransında qurumun yeni prezidenti seçilib. O, öz ərizəsi ilə vəzifəsindən ayrılan Heydər Babayevi əvəzləyib.

scroll top