» » » AFFA-nın baş katibi Monteneqro Futbol Assosiasiyasının prezidenti ilə görüşüb

AFFA-nın baş katibi Monteneqro Futbol Assosiasiyasının prezidenti ilə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov Monteneqro Futbol Assosiasiyasının (MFA) prezidenti Deyan Saviçeviçlə görüşüb.

ucarliyiq.biz-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş bu gün İngiltərənin paytraxtı Londonda gerçəkləşib.

Görüşdə iki milli assosiasiya arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb. E.Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını D.Saviçeviçə təqdim edib.

Qeyd edək ki, E.Məmmədov daha əvvəl Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza və Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə görüşüb.

Interesting facts scroll top