» » » Dibala: "Yuventus"un ÇL-nin finalında yenidən "Barselona" ilə oynamasını istəyirəm"

Dibala: "Yuventus"un ÇL-nin finalında yenidən "Barselona" ilə oynamasını istəyirəm"

Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Porto"nun qapısına (Portuqaliya) qələbə qolunu vuran (1:0) İtaliyanın "Yuventus" klubunun hücumçusu Paulo Dibala düşünür ki, Turin komandası turnirdə yekun qələbəyə də iddia edə bilər.

ucarliyiq.biz xəbər verir ki, bunu o, "Mediaset Premium-in efirində deyib.

"Biz hazırkı heyətimiz ilə Çempionlar Liqasını qazana bilərik. Biz "A" Seriyasında liderlik edirik, İtaliya Kubokunun ½ finalının ilk oyununu qalib gəlmişik və Çempionlar Liqasının ¼ finalına vəsiqə qazandıq. Düşünürəm ki, bütün bu turnirləri qazanmaq bizim gücümüz daxilindədir.

Turnirdə bir çox güclü komanda qalıb. Lakin biz kifayət qədər səviyyəyə malikik və qələbənin nə olduğunu bilirik. İki il əvvəl mən burada olmamışam, lakin istəyirəm ki, "Yuventus" həlledici matçda yenidən "Barselona" ilə oynasın", - deyə Dibala bildirib.

ÇL-nin 2014-cü ildə Berlində keçirilən final qarşılaşmasında "Yuventus" "Barselona"ya 1:3 hesabı ilə məğlub olub.

Interesting facts scroll top