» » » Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Futbol üzr Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

ucarliyiq.biz-in məlumatına görə, yarışın son qalibi İspaniya "Real Madrid"i Almaniya "Bavariya"sına rəqib olub. Finalçı "Atletiko" isə turnirin debütantı və İngiltərənin yeganə təmsilçisi "Lester"lə qarşılaşacaq.

İspaniyanın daha bir təmsilçisi "Barselona"nın bəxtinə İtaliya "Yuventus"u çıxıb. Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Fransa "Monako"suna rəqib olub.

Püşkün nəticələri:

"Atletiko" (İspaniya) - "Lester" (İngiltərə)

"Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa)

"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)

"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)

Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final mərhələsinin ilk matçları 11 - 12 apreldə, cavab qarşılaşmaları isə 18 -19 apreldə keçiriləcək.

Interesting facts scroll top