» » » Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi olub

Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi olub

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Elçin Əsədov Mərakeşdə təşkil edilən "Tour de Maroc" yarışının 7-ci mərhələsinin qalibi olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından “Report”a verilən məlumata görə, 184,5 km-lik marşrutun lap əvvəlindən irəli atılan Elit yığma komandanın üzvü ilə təqib qrupu arasında vaxt fərqi müəyyən zaman kəsiyində 7 dəqiqədən də artıq olub.

Bu üstünlüyünü sonadək qoruyan E.Əsədov Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələdə qalib adına layiq görülüb.

"Synergy Baku"nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla 7-ci mərhələni 3-cü yerdə bitirib. Yeri gəlmişkən, Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyini də özündə saxlayır.

Qeyd edək ki, "Tour de Maroc-in 1-ci və 4-cü mərhələləri Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb və hazırda idmançı ümumi təsnifatda 3-cü yerdə qərarlaşır.

Interesting facts scroll top