» » » Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb
Bu gün futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsində son oyununu keçirib.

“Report”un məlumatına görə, Biro Jadenin rəhbərlik etdiyi kollektiv "B" qrupunda 3-cü tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

İlk matçında Bosniya və Herseqovina millisinə 5:4, ardınca Albaniya kollektivinə 5:0 hesabı ilə qalib gələn Azərbaycan yığması, yenə azarkeşləri sevindirib və ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Macarıstan – Azərbaycan 1:6

Qollar: Zoltan Drot, 2 - Teles Martins Tyaqo, 12. Eduardo Mello Borges, 17. Fineo de Araujo, 22. Fineo de Araujo, 25; 34. İsa Atayev, 36

Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Costas Nicolaou (Kipr)

UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna)

Hakim-inspektor: İvan Novak (Xorvatiya)

Bakı İdman Sarayı

Interesting facts scroll top