» » » İndoneziya IV İslam Həmrəyliyi Oyunlarına 110 idmançı ilə qatılacaq

İndoneziya IV İslam Həmrəyliyi Oyunlarına 110 idmançı ilə qatılacaq

İndoneziya nümayəndə heyəti Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 110 idmançı qatılacaq.

ucarliyiq.biz-in “BeritaSatu” nəşrinə istinadən verdiyi məlumata görə, bu ölkə İslamiadada idmanın 13 növündə təmsil olunacaq.

Bunlar basketbol, voleybol, üzgüçülük, suya tullanma, atletika, paraatletika idman gimnastikası, cüdo, karate, atıcılıq, taekvondo, ağırlıqqaldırma və uşudur. İndoneziyanın futbol üzrə milli komandası yarışda iştirakını gec təsdiqlədiyi üçün kənarda qalacaq. Bu komandanın iştirakçılardan biri imtina edəcəyi təqdirdə, Oyunlara qatılması gündəmdədir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 -22 mayda keçiriləcək.

Interesting facts scroll top