» » » Almaniyada partlayışın baş verdiyi ərazidən məktub tapılıb

Almaniyada partlayışın baş verdiyi ərazidən məktub tapılıb

Futbol üzrə Çempionlar Liqasında Fransa "Monako"su ilə oyundan öncə Dortmundda Almaniyanın "Borussiya" komandasının avtobusunun qarşısında partlayışın baş verdiyi ərazidən məktub tapılıb.

ucarliyiq.biz xəbər verir ki, müəllif məktubda hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü yazıb. Lakin həmin şəxs adını açıqlamayıb.

Hadisə görüşün keçiriləcəyi "Signal İduna Park"a 10 km qalmış baş verib. Ardıcıl 3 partlayış nəticəsində avtobusun şüşə qırıntıları "Borussiya"nın futbolçusu Mark Bartranın əlini yaralayıb. Xəstəxanaya çatdırılan Bartra əməliyyat olunub.

Şəhər polisi insidentin ciddi partlayıcı qurğuların köməyi ilə törədildiyini açıqlayıb. Hüquq-mühafizə orqanları partlayışı "Borussiya"ya qarşı hücum kimi dəyərləndirib.

Qeyd edək ki, hadisə ilə əlaqədar "Borussiya" - "Monako" matçı bu günə təxirə salınıb. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

scroll top