» » » Messi baş məşqçinin tənqidindən sonra "Barselona"nın məşqinə çıxmayıb

Messi baş məşqçinin tənqidindən sonra "Barselona"nın məşqinə çıxmayıb

İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Neymar Çempionlar Liqasının ilk ¼ final matçında "Yuventus"a məğlubiyyətin (0:3) növbəti günü komandanın məşqinə çıxmayıblar.

ucarliyiq.biz "Marca"ya istinadən xəbər verir ki, "göy-qırmızılar"ın baş məşqçisi Luis Enrike məşqdən qabaq futbolçularla xeyli söhbət edib, Turindəki pis oyunlarına görə onları töhmət edib.

Mütəxəssis və futbolçular arasında münasibət məşqçinin mətbuat konfransında yetirmələrinin "Yuve" ilə oyunda olduqca zəif çıxış etdiklərini deməsindən sonra yenidən gərginləşib. Məşqçinin sözlərindən sonra Messi Neymarın müşayiəti ilə meydanı tərk edib və fərdi məşq etməyə başlayıb. Halbuki, klub Lionelin səhhəti ilə bağlı hər hansı bir məlumat yaymayıb.

Məşqdə zədəsini yenicə sağaldan Arda Turan da iştirak edib.

Interesting facts scroll top