» » » Yaponiya voleybol yığmasının məşqlərinə robot cəlb olunub

Yaponiya voleybol yığmasının məşqlərinə robot cəlb olunub

Voleybolçu qadınlardan ibarət Yaponiya milli komandasının məşqlərində robotlardan istifadə olunur. ucarliyiq.bizun məlumatına görə, torun qarşısı ilə hərəkət edən 3 cüt əldən ibarət elektron qurğu voleybolçuların zərbələrinin qarşısını almağa çalışır.

Bununla da robot müdafiə olunan komanda üçün bloku imitasiya edir. Məşqçilər maşını məsafədən idarə edirlər.

Aparat yığmanın bir neçə məşqində istifadə olunub. Süni blok sürəti saniyədə 3,7 metrədək artırmağa qadirdir. Bu isə insanın imkanlarını əhəmiyyətli dərəcədə üstələyir.

scroll top