» » » Çexiyada 7 medal qazanan Azərbaycan cüdoçuları vətənə dönüblər

Çexiyada 7 medal qazanan Azərbaycan cüdoçuları vətənə dönüblər

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa kubokunda 4 qızıl, 1 gümüş və 2 bürüc medal qazanan cüdo üzrə Azərbaycan yığması vətənə dönüb.

“Report”un məlumatına görə, milli komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, Avropa kubokunda Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (+90 kq), Vüsalə Kərimova (40 kq) qızıl, Ayxan Tanrıverdiyev (55 kq) gümüş, Əmrah Səlimli (55 kq) və Cəfər Əkbərli (90 kq) isə bürünc medal qazanıb. Azərbaycan yığması yarışda komanda hesabında birinci olub.

scroll top