» » » “Yuventus” klubu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb

“Yuventus” klubu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb

İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.

“Report”un “Tuttosport” nəşrinə istinadən verdiyi məlumata görə, 24 yaşlı argentinalı hücumçu ilə yeni anlaşmanın müddəti 2022-ci ilə qədərdir.

P.Dibalanın illik maaşı 7 milyon avro təşkil edəcək. O, “Yuventus”un heyətində həmyerlisi Qonsalo İquaindən (7,5 milyon avro) sonra ən ödənişli futbolçu olacaq.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildə 32 milyon avro qarşılığında İtaliyanın “Palermo” klubundan Turin təmsilçisinə transfer olunub. O, 5 illik müqaviləyə imza atıb. Dibalanın əvvəlki maaşı illik 3 milyon avro təşkil edib.

scroll top