» » » Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından 3-ü yekunlaşıb

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından 3-ü yekunlaşıb

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından 3-ü başa çatıb.

ucarliyiq.bizun məlumatına görə, qrup mərhələsində "Qəbələ"nin rəqibi olmuş "Anderlext" klubu Belçikada İngiltərə "Mançester Yunayted"inə məğlubiyyətdən qurtulmağı bacarıb. Belçikanın digər təmsilçisi "Genk" İspaniyada "Selta"ya minimal fərqlə uduzub. Hollandiyada isə "Ayaks" Almaniyanın "Şalke 04" komandası üzərində inamlı qələbə qazanıb.

Hazırda Fransada "Lion"la Türkiyə "Beşiktaş"ı arasındakı qarşılaşma davam edir.

Cavab görüşləri aprelin 20-də keçiriləcək.

Avropa Liqası

1/4 final, ilk oyunlar

13 aprel

23:05. "Ayaks” (Hollandiya) – "Şalke” (Almaniya) - 2:0

Qol: Davi Klassen, 23-penalti ilə; 52

Baş hakim: Sergey Karasyov (Rusiya)

23:05. "Selta” (İspaniya) – "Genk” (Belçika) - 3:2

Qollar: Pione Sisto, 15. Yaqo Aspas, 18. Con Gidetti, 38 - Jan-Pol Boetius, 10. Tomas Buffel, 67

Baş hakim: Kleman Tyurpen (Fransa)

23:05. "Anderlext” (Belçika) – "Mançester Yunayted” (İngiltərə) - 1:1

Qol: Leander Dendonker, 84 - Henrik Mxitaryan, 37

Baş hakim: Feliks Brıx (Almaniya)

scroll top