» » » "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş “Lion” klubunun prezidentini aranı qızışdırmaqda ittiham edib

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş “Lion” klubunun prezidentini aranı qızışdırmaqda ittiham edib

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş “Lion” klubunun prezidentini aranı qızışdırmaqda ittiham edib
Türkiyənin “Beşiktaş” futbol komandasının baş məşqçisi Şenol Günəş Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olanın bu kollektivlər arasında İstanbulda keçiriləcək Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasının azarkeşsiz oynanılmalı olduğuna dair səsləndiridiyi fikrə münasibət bildirib.

“Report”un məlumatına görə, 65 yaşlı mütəxəssis ötən gecə Fransada “Lion”a 1:2 hesabı ilə uduzduqları görüşdən sonra təşkil edilən mətbuat konfransında rəqib klubun prezidentinin səhv düşündüyünü bildirib. O, J.M.Olanın sözlərinin aranı qızışdırmağa xidmət etdiyini vurğulayıb: “Hadisə burada oldu, İstanbulda deyil. Burada ən böyük səhv tribunaların istifadə olunma formasıdır. Çox böyük bir hadisə olduğunu düşünmürəm, atılan səs bombalarından narahat olanlar meydançaya girdi. “Lion”nun prezidenti bu cür düşünürsə, səhv düşünür. Biz səhvlərin aradan qaldırılmasını istəyirik, siz səhvə sürükləyirsiniz. Hakimə də, onların baş məşqçisinə də meydana getməyi təklif etdim. Prezidentləri bu cür düşürsə, aranı qızışdırır. Biri bir şey atıbsa, bunu səhv hesab edirəm. “Lion”nun “Roma” ilə ev oyununu da izlədim. Künc zərbəsi zamanı meydana kənar əşyalar atıldı. İstanbulda belə insan yoxdur”.

“Lion” klubun prezidenti isə aprelin 20-də bu komandalar arasında İsnatbulda keçiriləcək cavab görüşünün azarkeşsiz oynanmasını tələb etməklə bərabər, təxribatların öncədən planlandığını da iddia edib. O, “L'Equipe” nəşrinə açıqlamasında bildirib ki, bəzi azarkeşlər Almaniyadan gəlib: “İğtişaş tördədən fanatlar yaxşı təşkilatlanmışdılar. Bəziləri Almaniyadan gəlib. Halbuki burada olmamalıdırlar. Lakin kimlərsə onlara bilet satıb. Bunlar təhlükəli adamlardır”.

Qeyd edək ki, ötən gecə Avropa Liqasında "Lion" və "Beşiktaş" komandaları arasındakı 1/4 final mərhələsinin ilk oyununu nəzərdə tutulduğu vaxtdan 45 dəqiqə gec başlayıb. Buna səbəb tribunada iki komandanın azarkeşləri arasında baş vermiş insident olub. Bəzi azarkeşlər atılan səs bombaları üzündən meydana enib. Mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra onlar tribunaya qayıdıblar.

scroll top