» » » Azərbaycan velospiedçisinin orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb

Azərbaycan velospiedçisinin orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb

Azərbaycan velospiedçisinin orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Maksim Averinin beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub.

“Report”un wielerflits.nl saytına istinadən verdiyi məlumata görə, buna səbəb Azərbaycan yığmasının üzvünün orqanizmində istifadəsi qadağan olunan maddənin aşkarlanmasıdır.

Dopinq-test zamanı analizi müsbət nəticələnən M.Averində meldoni preparatı tapılıb.

Qeyd edək ki, Maksim Averin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.

Interesting facts scroll top