» » » Maksim Averin Azərbaycan yığması və klubundan kənarlaşdırılıb

Maksim Averin Azərbaycan yığması və klubundan kənarlaşdırılıb

Azərbaycan velosipedçisi Maksim Averin ölkənin elit yığma komandasından və "Synergy Baku" kontinental klubundan kənarlaşdırılıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) ucarliyiq.biza verilən məlumata görə, buna 32 yaşlı idmançının qanından istifadəsi qadağan edilmiş meldonium preparatının tapılmasıdır. Averinlə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək.

AVİF yaydığı bəyanatda bu xəbəri böyük narahatlıqla qarşıladıqlarını bildirib: "Beynəlxalq Antidopinq Agentliyi və Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən adı çəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə Maksim Averin yığma komandadan və klubdan kənarlaşdırılıb".

Qeyd edək ki, Maksim Averinin qanından meldonium aşkarlanıb.

Interesting facts scroll top