» » » PFL “Səbail”in futbolçusunu mükafatlandırıb

PFL “Səbail”in futbolçusunu mükafatlandırıb

Futbol üzrə Azərbaycan I Divizionunda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı mükafatlandırılıb.

“Report”un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "Səbail”in gənc oyunçusu mükafatına bu gün XXIV tur çərçivəsində "Zaqatala” ilə səfər matçından öncə qovuşub.

Qurbanlıya mükafatı PFL-in Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.

Qeyd edək ki, Orxan Qurbanlının qolu idman jurnalistləri, azarkeşlər və PFL əməkdaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən ən yaxşı seçilib.

scroll top