» » » Ayxan Abbasov: "Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək"

Ayxan Abbasov: "Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək"

Ayxan Abbasov: "Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək"
"Belə oyundan sonra danışmaq çətindir. Bu matçın belə keçəcəyinə hazır idik".

ucarliyiq.bizun məlumatına görə, bunu "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra deyib.

Otuz altı yaşlı mütəxəssis mətbuat konfransında komandasının pis oynamamasına rəğmən qol epizodlarından yararlana bilmədiyini bildirib. O, rəqibin əzmkarığını xüsusilə qeyd edib:

"Sumqayıt" əzmkarlığı ilə hamıdan üstündür. Ümumən, pis oynamadıq. Çatışmayan cəhət qol epizodlarından yararlana bilməməyimizdir. Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək".

Qeyd edək ki, bu heç-heçədən sonra xalını 33-ə çatdıran "Zirə" 4-cü pillədəki yerini qoruyub.

scroll top