» » » Rusiya Premyer Liqası: "Spartak" "Zenit"i məğlub edib

Rusiya Premyer Liqası: "Spartak" "Zenit"i məğlub edib

Futbol üzrə Rusiya Premyer Liqasının XXIII turunda çempionluq uğrunda mübarizə aparan "Spartak" və "Zenit" klubları üz-üzə gəlib.

ucarliyiq.biz-in məlumatına görə, Moksvada keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan Kvinsi Promes (dəq. 21) və Aleksandr Səmədov (dəq. 80), piterlilərdən isə Artyom Dzyuba (dəq. 66) fərqlənib.

Bununla da "qırmızı-ağlar" məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıblar. Mirça Luçeskunun baş məşqçi olduğu komanda isə son 4 oyunda ilk dəfə uduzub. Digər tərəfdən, "Spartak" 2013-cü il noyabrın 10-dan sonra ilk dəfə "Zenit"i yenib.

Beləliklə, Premyer Liqada mövsümün sonuna 7 tur qalmış 54 xala malik "Spartak" ikinci pillədəki MOİK-lə xal fərqini 10-a çatdırıb. 3-cü pillədə olan "Zenit"in isə 43 xalı var.

Interesting facts scroll top