» » » "Qəbələ"nin sabiq baş məşqçisinin İspaniya La Liqasında debütü uğursuz olub

"Qəbələ"nin sabiq baş məşqçisinin İspaniya La Liqasında debütü uğursuz olub

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams "Qranada"nın sükanı arxasında futbol üzrə İspaniya La Liqasında debüt edib.

ucarliyiq.bizun məlumatına görə, XXXII turun "Selta" ilə ev oyunu Adamsın komandasının böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 0:3. İlk yarıda Sançes Jozabedin qoluna (dəq. 23) əngəl ola bilməyən "Qranada" növbəti qollarını ikinci hissənin sonlarında 4 dəqiqə ərzində buraxıb. Həmin topların müəllifləri Marselo Dias (dəq. 73) və Klaudio Bovue (dəq. 76) olub. Bundan başqa meydan sahiblərinin ilk yarının sonlarında 3, ikinci hissənin axırlarında isə 2 oyunçusu sarı vərəqə alıb.

Bu məğlubiyyətdən sonra "Qranada" 20 xalla 19-cu pillədə qalıb. Bu komandanı sona 6 tur qalmış La Liqadan enməməyə imkan verən 17-ci pillədən 7 xal ayırır.

Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Real Madrid" başçılıq edir. "Barselona" 72 xalla 2-ci, "Atletiko" 65 xalla 3-cüdür.

scroll top