» » » Azərbaycan Kubokunun final matçının başlama saatı müəyyənləşib

Azərbaycan Kubokunun final matçının başlama saatı müəyyənləşib

Azərbaycan Kubokunun final matçının başlama saatı müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Qəbələ" komandaları arasında keçiriləcək final matçının başlama saatı müəyyənləşib.

Peşəkar Futbol Liqasından (PFL) ucarliyiq.biza verilən məlumata görə, mayın 5-də Naxçıvan Muxtar Respublikası stadionunda təşkil olunacaq qarşılaşmanın start fiti saat 16:00-da çalınacaq. Rəsmi qərarın bu gün açıqlanacağı gözlənilir.

Oyunun gündüz saatlarına salınması stadionda süni işıqlandırma sisteminin müasir tələblərə cavab verməməsi ilə əlaqədardır. Oyunun vaxtı təyin edilərkən, əlavə vaxt və penalti seriyası ehtimalı da nəzərə alınıb.

Qeyd edək ki, "Qarabağ" ardıcıl 4-cü dəfə Azərbaycan Premyer Liqasının qalibi olub. "Qəbələ" isə gümüş medalları faktiki təmin edib.

scroll top