» » » "Qarabağ"ın qapıçısı Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib

"Qarabağ"ın qapıçısı Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib

"Qarabağ"ın qapıçısı Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib
“Qarabağ” komandasının qapıçısı İbrahim Şehiç futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

ucarliyiq.bizun Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter”lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. Qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/2014 mövsümündən “Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.

29 yaşlı oyunçu Azərbaycan çempionatları tarixində 100 və daha çox matça çıxan 2-ci legioner qapıçı olub. İndiyədək yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. “İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm Azərbaycanda çıxış etmiş gürcüstanlı legioner bu oyunlarda 91 top buraxıb.

Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.

Qeyd edək ki, "Qarabağ" "İnter"i 3:0 hesabı ilə yenərək, ardıcıl 4-cü mövsüm çempion olub.

scroll top