» » » Azərbaycan triatlonçusu Açıq Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Açıq Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Açıq Afrika Kubokunun qalibi olub
Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov Mərakeşin paytaxtı Rabatda keçirilmiş Açıq Afrika Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Triatlon Federasiyasından “Report”a verilən məlumata görə, R.Pevtsov 44 idmançının mübarizə apardığı yarışında 57 dəqiqə 28 saniyə nəticə göstərib. O, ən yaxın izləyicisi, fransalı Maksim Нüber-Müsbrügeri 1 saniyə qabaqlayıb.

Qadınların mübarizəsində isə yığmanın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə 6-cı olub.

Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.

Qeyd edək ki, Rostislav Pevtsov ötən ay İspaniyanın Las-Palmas şəhərindəki Avropa Kubokunun da qalibi olub.

Interesting facts scroll top