» » » “Çelsi”nin qapıçısı reklam çəkilişində zədələndiyi üçün “Mançester Yunayted”ə qarşı oynamayıb

“Çelsi”nin qapıçısı reklam çəkilişində zədələndiyi üçün “Mançester Yunayted”ə qarşı oynamayıb

“Çelsi” klubunun futbolçusu Tibo Kurtuanın İngiltərə Premyer Liqasının XXXIII turunda “Mançester Yunayted”lə səfər matçında iştirak etməməsinə kuryoz hadisə səbəb olub.

“Report”un “Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, 25 yaşlı qapıçı aprelin 11-də Beynəlxalq Basketbol Assosiasiyasının (NBA) reklam çarxına çəkiliş zamanı zədələndiyi üçün ötən gün baş tutan oyunu buraxmalı olub. Həmin vaxt topu tutarkən, uğursuz şəkildə yerə düşən qolkiper topuq nayihəsindən xəsarət alıb. Onun aprelin 22-də İngiltərə Kubokunun finalında “Tottenhem”ə qarşı da meydana çıxmamaq ehtimalı var.

Qeyd edək ki, cari mövsümdə 31 görüşdə forma geyinən Tibo Kurtua 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb və ümumilikdə 25 qol buraxıb. “Mançetser Yunayted” – “Çelsi” dueli isə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

scroll top