» » » “Bakı Marafonu 2017”də veriləcək bütün mükafatlar açıqlanıb

“Bakı Marafonu 2017”də veriləcək bütün mükafatlar açıqlanıb

“Bakı Marafonu 2017”nin kişi və qadın kateqoriyası üzrə qaliblərinin hər biri 3 min manat məbləğində mükafat alacaq. “Report”un layihənin rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, II yerlər 2 min, III yeri tutanlar isə min manat əldə edəcək.

Bundan əlavə, finiş xəttini 4 - 6-cı keçən ümumilikdə 6 kişi və qadına Avropa daxilində istədikləri ölkəyə uçmaq üçün bir bilet təqdim olunacaq.

7 - 8-ci yerlərin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 - 10-cu yerin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu veriləcək.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

scroll top