» » » Millət vəkili “Bakı Marafonu 2017”də iştirak edəcək

Millət vəkili “Bakı Marafonu 2017”də iştirak edəcək

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov “Bakı Marafonu 2017”də iştirak edəcək.

“Report”un layihənin rəsmi “Facebook” səhifəsinə istiandən verdiyi məlumata görə, millət vəkili marafona fəxri iştirakçı kimi qatılacaq.

Daha əvvəl yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov, teleaparıcı Nuran Hacı, “Bu şəhərdə”nin üzvləri – Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal və müğənni Gülay Zeynallı “Bakı Marafonu 2017”də iştirak edəcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Interesting facts scroll top