» » » AFFA "Sumqayıt" klubunu futbolçularının davranışı ilə əlaqədar 4000 manat cərimələyib

AFFA "Sumqayıt" klubunu futbolçularının davranışı ilə əlaqədar 4000 manat cərimələyib

AFFA "Sumqayıt" klubunu futbolçularının davranışı ilə əlaqədar 4000 manat cərimələyib
AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 4000 manat cərimələyib.

ucarliyiq.biz-in məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu komandanın futbolçularının "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXVI tur matçındakı davranışları səbəb olub. Klub 5 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 800 manat ziyana düşüb. Oyun başa çatdıqdan sonra isə yarımmüdafiəçi Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, "Sumqayıt" isə 3200 manat cərimə olunub.

Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşü FİFA referisi Əliyar Ağayev idarə edib.

scroll top