» » » Azərbaycan yığmasının futbolçusu üçün "Boavişta”nın əsas heyətində meydana çıxma şansı yaranıb

Azərbaycan yığmasının futbolçusu üçün "Boavişta”nın əsas heyətində meydana çıxma şansı yaranıb

Azərbaycan yığmasının futbolçusu üçün "Boavişta”nın əsas heyətində meydana çıxma şansı yaranıb
Futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun Portuqaliyanın "Boavişta" klubunun əsas heyətində meydana çıxma şansı yaranıb. “Report”un "ABola" nəşrinə istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi XXX turda “Gimaraynş”la səfər qarşılasımasında “11-lik”də yer ala bilər.

Buna səbəb əsas heyət üzvləri Fabiu Eşpinyu və İdrissa Mandyanqın zədəli olmasıdır. Onların yoxluğunda baş məşqçi Migel Lealın orta xəttə F.Eşpinyunun əvəzinə E.Mahmudovu, İ.Mandyanqın yerinə isə Karrasanı meydana buraxacağı iddia olunur.

Qeyd edək ki, aprelin 23-də keçiriləcək “Gimaraynş” – “Boavişta” oyunu saa 24:00-da başlayacaq. Hazırda Emin Mahmudovun komandası 35 xalla 10-cu pillədə qərarlaşıb. Aktivində 1 qolu olan Mahmudov indiyədək cəmi 1 dəfə əsas heyətdə meydana çıxıb. Daha 8 dəfə o, meydana sonradan daxil olub. Klubun daha bir azərbaycanlı oyunçusu - qapıçı Kamran Ağayevlə ötən gün qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

scroll top