» » » Danimarkada paytaxt klubunun futbolçularına ölü siçovullar atıblar - VİDEO

Danimarkada paytaxt klubunun futbolçularına ölü siçovullar atıblar - VİDEO

Danimarkada paytaxt klubunun futbolçularına ölü siçovullar atıblar - VİDEO
Futbol üzrə Danimarka çempionatının final mərhələsinin III turu çərçivəsində keçirilən “Bröndbü” – “Kopenhagen” oyununda xoşagəlməz hadisə baş verib.

“Report”un məlumatına görə, qarşılaşmanın 85-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri qonaq komandanın futbolçularına ölü siçovullar atıblar.

Nəticədə kopenhagenlilər ölü gəmiricilər meydançadan təmizləndikdən sonra oyunu davam etdiriblər.

Qeyd edək ki, insidentə rəğmən, “Kopehnagen” “Bröndbü”nü 1:0 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi hazırda 71 xalla liderdir.

scroll top