» » » Kuba yığmasının üzvü Almaniyada toplanışı zamanı düşərgədən qaçıb

Kuba yığmasının üzvü Almaniyada toplanışı zamanı düşərgədən qaçıb

Kuba yığmasının üzvü Almaniyada toplanışı zamanı düşərgədən qaçıb
Üç təkanla tullanmada dünya çempionatının gümüş mükafatçısı Pedro Piçardo Almaniyanın Ştutqart şəhərində təlim-məşq toplanışında olan yüngül atletika üzrə Kuba milli komandasının düşərgəsindən qaçıb.

“Report”un AS nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı idmançı Almaniya və ya İspaniyada sığınacaq almaq fikrindədir.

Bildirilir ki, Piçardo yığmadan kənarlaşıdırılacaq və onun 8 il müddətinə Kubaya dönüşünə qadağa qoyulacaq.

Qeyd edək ki, bu, kubalı idmançıların ölkə xaricində yığmanın heyətindən ilk qaçış halı deyil. 2013-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatı zamanı sprinter Orlando Orteqa düşərgəni tərk edib və daha sonra İtaliyada üzə çıxıb.

Interesting facts scroll top