» » » Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib.

ucarliyiq.bizun məlumatına görə, bu, İspaniya "Atletiko"sudur.

Dieqo Simeonenin baş məşqçi olduğu komanda 1/4 finalda İngiltərənin "Lester" klubunu mübarizədən kənarlaşdırıb. "Atletiko" səfərdəki ilk görüşdən 2:1 hesablı üstünlüklə ayrıldıqdan sonra evdə də uduzmayıb - 1:1. Madrid komandasının qolunu 26-cı dəqiqədə Saul Nyiqes vurub. "Lester"dən isə 61-ci dəqiqədə Ceymi Vardi fərqlənib.

Qeyd edək ki, növbəti yarımfinalçı hazırda İspaniyada "Real Madrid"lə Almaniyanın "Bavariya" komandası arasında keçirilən cavab görüşündən sonra müəyyənləşəcək. Qarşılaşmanın əsas vaxtı münhenlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə "kral klubu" eyni hesabla qalib gəldiyindən, hər hissəsi 15 dəqiqədən ibarət əlavə vaxt təyin olunub.

scroll top