» » » Azərbaycan taekvondoçuları İranda 2 medal qazanıblar

Azərbaycan taekvondoçuları İranda 2 medal qazanıblar

Azərbaycan yığmasının iki taekvondoçusu İranda təşkil edilən “Fajr Open” turnirində medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, sayca 28-ci olan turnirdə Əliyev İlham (54 kq) və Hüseynov Rəvan (58 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, təşkilatçılar yarışın qaliblərinə 500 dollar, finalçılara 300 dollar, fəxri kürsünün 3-cü pilləsinə yüksələn taekvondoçulara isə 100 dollar məbləğində mükafat veriblər.

Interesting facts scroll top