» » » Azərbaycan Premyer Liqasında növbəti tur matçlarının vaxtı və yeri açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti tur matçlarının vaxtı və yeri açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti tur matçlarının vaxtı və yeri açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli müəyyənləşib.

ucarliyiq.biz-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tura aprelin 23-də Qəbələdə start veriləcək. Saat 15:00-da eyniadlı komanda "İnter"i qəbul edəcək. Bu görüşdə gümüş və bürünc medalların taleyi həll olunacaq.

Avropa Liqasına sonuncu vəsiqənin taleyini həll edə biləcək qalan 3 oyun isə həmin gün saat 17:00-da başlanacaq.

23 aprel (bazar)

15:00. “Qəbələ” – “İnter”

Qəbələ şəhər stadionu (canlı, “CBC Sport”)

17:00. AZAL – “Kəpəz”

“AZAL Arena”

17:00. “Zirə” – “Neftçi”

Zirə Olimpiya İdman Kompleksinin stadionu (canlı, “CBC Sport”)

17:00. “Qarabağ” – “Sumqayıt”

“Azersun Arena”.

Interesting facts scroll top