» » » Arda Turan "Yuventus"a qarşı oynamayacaq

Arda Turan "Yuventus"a qarşı oynamayacaq

Arda Turan "Yuventus"a qarşı oynamayacaq
Bu gün İspaniya "Barselona"sının 4 futbolçusu İtaliya "Yuventus"u ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə meydana çıxmayacaq. ucarliyiq.bizun məlumatına görə, Aleyş Vidal və Rafinya zədəli olduqları üçün oynamamayacaqlar.

Türkiyəli yarımmüdafiəçi Arda Turanla fransalı müdafiəçi Jeremi Matyönün adı da iştirak ərizəsinə salınmayıb. Onların hansı səbəbdən kənarda qaldıqları bilinmir.

Əvəzində daha bir orta sahə oyunçusu Xavyer Maskerano kiçik zədəsini bərpa edib. İspaniya La Liqasında ötən turun "Real Sosyedad"la görüşünü buraxan argentinalı yarımmüdafiəçi bu gün forma geyinə biləcək.

Qeyd edək ki, "Barselona" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. İlk görüşdə İtaliya klubu böyük hesabla qalib gəlib - 3:0.

scroll top