» » » Fransadakı iğtişaşlara görə “Beşiktaş” azarkeşi 2 aylıq azadlıqdan məhrum edilib

Fransadakı iğtişaşlara görə “Beşiktaş” azarkeşi 2 aylıq azadlıqdan məhrum edilib

Fransadakı iğtişaşlara görə “Beşiktaş” azarkeşi 2 aylıq azadlıqdan məhrum edilib
Fransa məhkəməsi futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la ilk oyunu ərəfəsində stadion əməkdaşını döyən “Beşiktaş” azarkeşi barəsində hökm çıxarıb.

“Report”un “La Progres”ə istinadən verdiyi məlumata görə, Almaniyada doğulan 27 yaşlı türk fanat 2 ay müddətinə azadlıqdan məhrum edilib. Üstəlik, həmin şəxsin Fransaya girişinə 2 il müddətinə qadağa qoyulub.

Qeyd edək ki, aprelin 13-də keçirilən “Lion” – “Beşiktaş” matçından öncə baş verən iğtişaşlara görə ümumilkdə 12 nəfər həbs olunub.

scroll top