» » » Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

ucarliyiq.bizun məlumatına görə, bu, 1/4 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

Azərbaycan futbolsevərləri üçün böyük maraq kəsb edən matç İstanbulda keçiriləcək. Fransada “Lion”a 1:2 hesabı ilə uduzan “Beşiktaş” doğma azarkeşlər önündə lazımı hesabla qalib gəlib, tarixində ilk dəfə avrokubokda yarımfinala vəsiqə qazanmağa çalışacaq. Lakin “qara qartallar”ın heyətlə bağlı ciddi problemləri var. Vensan Abubakarla Marselo cəzalı olduqları halda, zədədən əziyyət çəkən Rikardo Kuareşma və Adrianonun da meydana çıxması sual altındadır.

Günün digər qarşılaşmaları da gərgin mübarizə vəd edir. Belçikada “Anderlext”lə 1:1 hesablı heç-heçə edən “Mançestser Yunayted” rəqibi ilə müqayisədə yarımfianala daha yaxındır. Digər iki cütlük barəsində isə eyni sözü söyləmək olmaz. “Ayaks” Hollandiyada “Şalke”ni 2 cavabsız qolla məğlub etsə də, Almaniyada bu üstünlüyü əldən vermək mümkündür. Evdə “Genk”ə 3:2 hesabı ilə qalib gələn “Selta”nı da Belçikada çətin sınaq gözləyir.

Qeyd edək ki, yarımfinal mərhələsinin püşkü aprelin 21-də atılacaq.

Avropa Liqası, 1/4 final, cavab oyunları

20 aprel (cümə axşamı)

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)

Baş hakim: Milorad Majiç (Serbiya)

İlk oyun – 1:2

23:05. “Şalke” (Almaniya) - “Ayaks” (Hollandiya)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun – 0:2

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

İlk oyun – 2:3

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

İlk oyun – 1:1

scroll top