» » » Adriano Qalliani "Real"ın texniki direktoru olmaqdan imtina edib

Adriano Qalliani "Real"ın texniki direktoru olmaqdan imtina edib

Adriano Qalliani "Real"ın texniki direktoru olmaqdan imtina edib
İtaliyanın "Milan" klubunun vitse-prezidenti Adriano Qalliani Madrid "Real"ının texniki direktoru olmaq barədə təklifdən imtina edib.

ucarliyiq.biz "Football Italia"ya istinadən xəbər verir ki, "Real"ın prezidenti Florentino Peres Qallianini klubun texniki direktoru qismində görməkdə çox istəkli olub.

Lakin italiyalı ona edilən təklifə imtina cavabı verib. Ona "A" Seriyası və ya İtaliya Futbol Federasiyasının rəhbəri vəzifəsinin verilməsi nəzərdə tutulur.

Aprelin 13-də "Milan" klubunun Çin səhmdarlarına satışı üzrə sövdələşmə rəsmən başa çatıb. Klubun səhmlərinin 99,9%-i çinlilərə satılıb. Sövdələşmənin ümumi dəyəri klubun borcları da daxil olmaqla 740 avro təşkil edib.

scroll top