» » » Çempionlar Liqasında ilk yarımfinal oyunu keçiriləcək

Çempionlar Liqasında ilk yarımfinal oyunu keçiriləcək

Çempionlar Liqasında ilk yarımfinal oyunu keçiriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

ucarliyiq.biz-in məlumatına görə, İspaniya paytaxtında "Real Madrid"lə "Atletiko" komandaları üz-üzə gələcək.

"Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq qarşılaşmanı ingiltərəli referi Martin Atkinson idarə edəcək.

Bu komandalar 2013-2014 və 2015-2016 mövsümlərində ÇL-in finalında, 2014-2015 mövsümündə isə 1/4 finalda üz-üzə gəliblər. Hər üç halda "Real Madrid" qələbəyə nail olub. İspaniya La Liqasında çempionluq şansını itirən Dieqo Simeonenin komandasının "kral klubu" ilə oyuna qisas hissi ilə çıxacağı gözlənilir.

"Real Madrid" isə ardıcıl 7-ci dəfə ÇL-in yarımfinalına yüksəlir. Bununla da Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv "Barselona"ya məxsus rekordu təzələyib.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

22:45. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

"Santyaqo Bernabeu" stadionu

Qeyd edək ki, digər yarımfinal görüşü mayın 3-də Fransa "Monako"su ilə İtaliya "Yuventus"u arasında keçiriləcək.

Interesting facts scroll top