» » » Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında 2016-2017 mövsümünün ilk finalçısı müəyyənləşib.

ucarliyiq.bizun məlumatına görə, bu, İtaliyanın "Yuventus" klubudur.

Turin təmsilçisi Fransa "Monako"sunu səfərdə olduğu kimi, evdə də məğlub edib. Amma bu dəfə "knyazlıq təmsilçisi" 19 yaşlı hücumçusu Kilian Mbappenin qolu ilə yekun hesabın 2:0 olmasına imkan verməyib.

"2 ildən sonra finala yüksələn "Yuventus-in rəqibi yenə İspaniya təmsilçisi olacaq. Fərq isə ondadır ki, "Qoca Sinyora" "Barselona" deyil, "Real Madrid" və ya "Atletiko" ilə üz-üzə gələcək. Paytaxt təmsilçilərinin "Santyaqo Bernabeu" stadionunda keçirilmiş ilk görüşündə "kral klubu" qələbə qazanıb - 3:0. Cavab görüşü bu gün olacaq.

Qeyd edək ki, "Yuventus" 2014-2015 mövsümündə finalda "Barselona"ya 1:3 hesabı ilə uduzub. Bu dəfə həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

9 may

22:45. "Yuventus” (İtaliya) – "Monako” (Fransa) - 2:1

Qollar: Mario Mancukiç, 33. Dani Alveş, 44 - Kilian Mbappe, 69

Baş hakim: Born Keypers (Hollandiya)

Turin. "Yuventus Stedium”

İlk oyun - 2:0

scroll top